Zelenski:Kiyev enerji problemlərinə hazır deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhər rəhbərliyini şəhərdə elektrik kəsintilərinə zəif hazırlıq gördüklərinə görə tənqid edərək, onları problemlərdən qaçmamağa çağırdı.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bir gün əvvəl Kiyev meri Vitali Kliçko elan etmişdi ki , evlərində istilik və suyun olmaması səbəbindən mənzillərini tərk edə bilən Kiyev sakinləri bunu etməlidirlər . Merin sözlərinə görə, Kiyevdəki binaların yarısı isidilmir — bu binalarda təxminən 6000 insan yaşayır.
Zelenski özünün Telegram kanalında yazıb: "Vurğu problemlərdən qaçmağa deyil, onların həllinə yönəldilməlidir. Bu, Ukraynanın ən varlı şəhəridir və bütün lazımi ehtiyat sistemləri mövcud olmalıdır".
19:30 10.01.2026
Oxunuş sayı: 1963