Knaysl: Avropa siyasəti dərin böhran içindədir
Avropa siyasəti dərin böhran mərhələsindədir və şəxsi təhlükəsizliklərinə yönələn təhdidlər səbəbindən getdikcə daha az insan siyasi proseslərdə iştirak etməyə hazırdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib.
Knaysl xüsusilə sağçı partiyaların ixtisaslı kadr çatışmazlığı ilə üzləşdiyini vurğulayıb. Onun sözlərinə görə, siyasətlə məşğul olan şəxslər daimi təhdid altında qalır və bu da potensial namizədləri geri çəkilməyə məcbur edir.
Keçmiş nazir qeyd edib ki, ixtisaslı kadrların azalmasının əsas səbəblərindən biri Avropa ölkələrində təhsil sistemindəki problemlərdir. Knayslın fikrincə, bu vəziyyət Avropada siyasi elitaların səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə gətirib çıxarıb.
18:34 10.01.2026
Oxunuş sayı: 2045