Mahaçqala hava limanında məhdudiyyətlər aradan qaldırılıb
Mahaçqala hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Rosaviasiya"nın sözçüsü Artem Korenyako bildirib.
Korenyako özünün Telegram kanalında yazıb: "Mahaçqala Hava Limanı (Uytaş) – təyyarələrin gəlişi və yola düşməsinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb".
Bu tədbirin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edildiyi bildirilir.
18:25 10.01.2026
Oxunuş sayı: 1557