İlon Mask bu ölkəni “həbsxana adası” adlandırıb
Amerikalı milyarder və sahibkar İlon Mask Böyük Britaniyanı “həbsxana adası” kimi xarakterizə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkə hesabında paylaşıb.
O, sosial şəbəkə hesabında paylaşdığı statistikaya əsasən bildirib ki, son bir il ərzində ölkədə onlayn şərhlərlə bağlı 12 mindən çox həbs qeydə alınıb.
Maskın sözlərinə görə, bu göstəricilər ifadə azadlığı ilə bağlı ciddi suallar doğurur. Onun paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub.
Xumar Emilqızı
17:10 10.01.2026
Oxunuş sayı: 2013