Rusiyada bu səbəbdən uçuşlar gecikib
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo və Moskvanın Şeremetyevo beynəlxalq hava limanlarında güclü qar yağması səbəbindən onlarla aviareys gecikdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Əlverişsiz hava şəraiti uçuşların vaxtında həyata keçirilməsinə mane olub, nəticədə sərnişinlər uzun müddət gözləməli olublar.
Qeyd edək ki, hava limanlarının xidmətləri uçuş-enmə zolaqlarının qardan təmizlənməsi istiqamətində intensiv iş aparır. Bildirilir ki, hava şəraiti normallaşdıqdan sonra reyslərin mərhələli şəkildə bərpası nəzərdə tutulur.
Xumar Emilqızı
16:48 10.01.2026
Oxunuş sayı: 2848