Telegram ÇÖKDÜ
Telegram messencerinin işində kütləvi texniki problem yaşanır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Belə ki, istifadəçilər mesajların göndərilməsində çətinliklər, media fayllarının yüklənməməsi, həmçinin kanallarda şərhlərin əlçatan olmaması ilə bağlı şikayətlər edirlər.
Qeyd edək ki, hazırda problemin səbəbi və aradan qaldırılma vaxtı ilə bağlı rəsmi açıqlama verilməyib.
Fatimə Məmmədova
15:04 10.01.2026
Oxunuş sayı: 2305