Suriya ordusu Hələbi tam nəzarətə götürdüyünü açıqlayıb
Suriya ordusu ölkənin Hələb vilayətində tam nəzarəti bərpa etdiyini açıqlayıb.
Crossmedia.az “Al-Arabiya”-ya istinadən xəbər verir ki, bu barədə ordu rəsmi bəyanat yayıb.
Məlumata görə, hərbi qüvvələr Hələbin Şeyx Maksud məhəlləsində keçirilən əməliyyatı tamamlayaraq Suriya Demokratik Qüvvələrinin son mövqeyini də ələ keçiriblər. Bu addım vilayətin tam nəzarətə götürüldüyünü göstərir.
14:17 10.01.2026
Oxunuş sayı: 1539