Xamenei əmr verdi: SEPAH hazır vəziyyətə gətirildi
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin əmri ilə “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) tam döyüş hazırlığına gətirilib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sərhədlərə əlavə hərbi qüvvələr cəlb olunub, dövlət binalarında da təhlükəsizlik tədbirləri gücləndirilib.
Bundan başqa, ölkədə sığınacaqlar və bunkerlər tam hazır vəziyyətə gətirilib. SEPAH komandanlığı əlavə döyüş növbəsinə keçərək əməliyyat hazırlığını artırıb.
Nəzrin Abbas
14:08 10.01.2026
Oxunuş sayı: 1507