Laricani: ABŞ və İsrail İranda etirazları alovlandırır
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkədəki etirazlarla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Laricaninin sözlərinə görə, ABŞ və İsrailin etirazlarda iştirakı açıq şəkildə görünür.
O bildirib ki, silahlı terror təşkilatlarının liderləri ölkədə vətəndaş müharibəsi alovlandırmağa çalışır və bununla xarici müdaxilə üçün zəmin hazırlamaq niyyətindədirlər.
“Bu cəhdlərə qarşı qətiyyətlə mübarizə aparılacaq,” - deyə Laricani vurğulayıb.
13:47 10.01.2026
Oxunuş sayı: 1886