Hakan Fidan: Ukrayna münaqişəsində sülh sazişinə indiyədək ən yaxın mərhələdəyik
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqların sülh sazişinə indiyədək ən yaxın mərhələyə çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nazirin sözlərinə görə, münaqişə ilə əlaqədar bu günə qədər çoxsaylı görüşlər, danışıqlar, onlayn konfranslar və üzbəüz təmaslar keçirilib. Həm liderlər, həm də xarici işlər nazirləri səviyyəsində danışıqların fasiləsiz davam etdiyini vurğulayan Fidan hazırkı mərhələnin əvvəlkilərlə müqayisədə daha ümidverici olduğunu qeyd edib.
“Hazırda sülh sazişinə indiyədək heç vaxt olmadığı qədər yaxınıq. Bu, arzu etdiyimiz qədər yaxın olmasa da, əvvəlki mərhələlərlə müqayisədə ən real mərhələdir”, – deyə nazir bildirib.
O, əlavə edib ki, Ukraynada nizamlanmaya nail olmaq üçün diplomatik səylər davam edir və tərəflər arasında təmaslar intensiv şəkildə aparılır.
Fatimə Məmmədova
10:15 10.01.2026
Oxunuş sayı: 1467