Rusların əksəriyyəti Yəməndəki Sokotra adasını tərk edib
Rusların əksəriyyəti Yəməndəki Sokotra adasını tərk edib.
Crossmedia.az xəbər verir ki,Rusiyanın Yəməndəki səfirliyi bu barədə Telegram kanalında məlumat verib.
“Rusiya Federasiyasının Yəmən Respublikasındakı səfirliyi bildirir ki, Rusiya vətəndaşlarının əksəriyyəti 7 yanvar 2026-cı il tarixində IY5140, 8 yanvar 2026-cı il tarixində IY5060 və 9 yanvar 2026-cı il tarixində IY5000 reysləri ilə Sokotra adasını uğurla tərk edib”, - deyə açıqlamada bildirilir.
04:27 10.01.2026
Oxunuş sayı: 1757