Mixail Qutseriyev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, mətndə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
Sizin adınız Azərbaycan Respublikasının müasir tarixi, dövlətçiliyinin inkişafı, siyasi və iqtisadi güc qazanması və ölkənin artan beynəlxalq nüfuzu ilə ayrılmaz şəkildə bağlıdır.
Sizin rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı infrastruktur layihələri həyata keçirir, milli maraqlarını inamla müdafiə edir, regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinə əhəmiyyətli töhfələr verir. Respublikanın milyonlarla sakini və bir çox xarici tərəfdaş Sizin şəxsi keyfiyyətlərinizi, strateji düşüncənizi, müdrikliyinizi yüksək qiymətləndirir.
Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının və onun vətəndaşlarının rifahı naminə ali dövləti fəaliyyətinizdə bundan sonra da uğurlar, eləcə də möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq arzulayıram.
Hörmətlə,
Mixail Qutseriyev
Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti"
15:25 23.12.2025
Oxunuş sayı: 887