AZAL: J2‑8243 reysinin xatirəsinə poçt markasının 500 nüsxəsi çap edilib
AZAL və “Azərpoçt”un birgə təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb. Markanın üzərində sonsuzluq işarəsi və uçuşun nömrəsi əks olunub.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC (AZAL) vitse-prezidenti İlham Əmirov deyib.
İlham Əmirov qeyd edib ki, bu poçt markası kiçik simvol olsa da, bütün dünyaya yayılacaq və baş vermiş hadisə ilə bağlı insanların məlumatlandırılmasına xidmət edəcək:“Poçt markalarının satışından əldə olunan vəsait şəhid ailələrinin övladlarına, xüsusilə onların təhsilinə yönəldiləcək, eyni zamanda sosial yardım məqsədilə istifadə olunacaq. İlkin mərhələdə simvolik olaraq 500-ə yaxın nüsxə çap edilib. Lakin tələbat artacağı təqdirdə, poçt markalarının tirajının da artırılması nəzərdə tutulur”.
11:34 23.12.2025
Oxunuş sayı: 1049