Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının sammitində niyə iştirak etmədi?- Şərh
Prezident İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində iştirak etməməsi siyasi dairələrdə və ekspert icmalarında ciddi müzakirələrə səbəb olub. Adətən bu cür beynəlxalq platformalarda fəal təmsil olunan Azərbaycanın bu dəfə sammitdən kənarda qalması rəsmi Bakının regional proseslərə, mövcud geosiyasi şəraitə və ikitərəfli münasibətlərin cari vəziyyətinə dair verdiyi mesaj kimi dəyərləndirilir. Bu qərar sadəcə protokol xarakteri daşıyır, yoxsa daha dərin siyasi məna ifadə edir?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib:
"Hər bir ölkə öz daxili siyasi gündəliyini müstəqil şəkildə müəyyənləşdirir. Əgər cənab Prezident İlham Əliyev Sankt-Peterburqda keçirilən tədbirdə iştirak etməyibsə, deməli, bu, onun verdiyi əsaslandırılmış bir qərardır".
Ayhan
10:03 23.12.2025
Oxunuş sayı: 1472