Minskdə Heydər Əliyevin xatirəsi yad edilib
Azərbaycanın Belarusdakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı diplomatik missiyanın "X" sosial şəbəkəsində paylaşım edilib.
"Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaca məşhur siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Bu gün Azərbaycanın Minskdəki səfirliyinin əməkdaşları Azərbaycan diasporunun nümayəndələri və tələbələrlə birlikdə ümummilli liderin xatirəsini yad ediblər", - səfirliyin məlumatında deyilir.
17:40 12.12.2025
Oxunuş sayı: 932