Heydər Əliyevin anım günü Seulda qeyd olunub
Azərbaycanın Cənubi Koreyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Crossmedia.az bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"Dekabrın 12-də səfirlikdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Səfirliyin əməkdaşları və Cənubi Koreyada yaşayan həmvətənlərimiz Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər", - səfirliyin məlumatında bildirilib.

17:09 12.12.2025
Oxunuş sayı: 941