Elm və Təhsil Nazirliyinin kollektivi Heydər Əliyevin xatirəsini yad edib
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.
Crossmedia.az bu barədə Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
15:28 12.12.2025
Oxunuş sayı: 970