Baş nazir: Türkmənistanın Neytrallıq Universitetinin yaradılması təşəbbüsünü yüksək qiymətləndiririk
Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirir.
Crossmedia.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Aşğabadda Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən "Beynəlxalq sülh və təhlükəsizlik" forumunda çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, Universitetin işində fəal iştirak etməyə hazırdır:
"Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də irəli sürülən qətnamələri daim dəstəkləmiş və "Beynəlxalq sülh və etimad ili – 2025" qətnaməsinə həmmüəllif qismində qoşulub. Biz qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi qiymətləndiririk".
11:22 12.12.2025
Oxunuş sayı: 973