MDB İqtisadi Şurasının iclasında Ermənistanın aşağı səviyyədə iştirakı diqqət çəkib
Moskva şəhərində keçirilən MDB İqtisadi Şurasının 108-ci iclasında Ermənistanın nümayəndə heyətinin tərkibi digər üzv ölkələrlə müqayisədə xeyli zəif olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi İrəvan tədbirə yüksək vəzifəli nümayəndə göndərməyib və ölkəni yalnız Belarusdakı səfir Razmik Xumaryan təmsil edib.
İclas çərçivəsində iştirakçı dövlətlərin baş nazir müavinləri əvvəlcə dar, daha sonra isə geniş formatda görüş keçiriblər. Azərbaycanı isə toplantıda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib ki, bu da Ermənistanın təmsilçilik səviyyəsinin nisbətən aşağı olduğunu ön plana çıxarır.
Türkan Kərimli
16:19 05.12.2025
Oxunuş sayı: 1270