Makron: Ukrayna məsələsində Avropa və ABŞ arasında inamsızlıq yoxdur
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa ilə ABŞ arasında münasibətlərdə inamsızlıq yoxdur və Ukraynanı dəstəkləmək üçün birlik vacibdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Sky News xəbər yayıb. Bildirib ki, bu sözləri o, Siçuan Universitetindəki çıxışında deyib.
Makron əlavə edib: “Biz birlikdə işləməliyik. ABŞ-ın göstərdiyi sülh səylərini alqışlayırıq və dəstəkləyirik.” Eyni zamanda o, Avropanın Moskva və Kiyev arasındakı münaqişənin həllinə rəhbərlik etməsinin lazım olduğunu vurğulayıb.
Nəzrin Abbbas
16:05 05.12.2025
Oxunuş sayı: 1485