BMT Ukraynalı uşaqların dərhal geri qaytarılmasını tələb etdi
BMT Baş Assambleyası "zorla deportasiya edilmiş ukraynalı uşaqların dərhal və təhlükəsiz şəkildə geri qaytarılması"na çağıran qətnaməni təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mediaya istinadən xəbər verir.
Qətnaməni BMT-nin 91 üzv dövləti dəstəkləyib, 57-si bitərəf qalıb. 12 ölkə, o cümlədən Rusiya və Belarus, eləcə də Burundi, Kuba, Konqo Demokratik Respublikası, Eritreya, İran, Mali, Nikaraqua, Niger və Sudan əleyhinə səs verib.
Bitərəf qalanlar arasında Çin, Hindistan və Braziliya da var.
Qətnamə Rusiyanın hərəkətlərini Cenevrə Konvensiyalarının pozulması kimi tanıyır.
15:10 04.12.2025
Oxunuş sayı: 2489