İran Fars körfəzindəki adalarla bağlı açıqlamaya etiraz edib
İran Fars körfəzindəki Əbu Musa, Kiçik Tunb və Böyük Tunb adaları ilə bağlı Körfəz Əməkdaşlıq Şurasının açıqlamasına sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, şura bəyan edib ki, adalar BƏƏ-yə aiddir və İranın burada hər hansı tikinti və ya hərbi fəaliyyəti beynəlxalq hüquqa ziddir.
Eyni zamanda, İranın Əl-Dürrə (Arəş) qaz yatağı ilə bağlı mövqeyi də tənqid olunub.
Nəzrin Abbas
12:54 04.12.2025
Oxunuş sayı: 1835