Erməni deputat: Qarabağ danışıqları ilə bağlı hökumət sənədləri tam deyil
“Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan Ermənistan parlamentində bildirib ki, hökumət tərəfindən Qarabağ danışıqları ilə bağlı dərc edilmiş sənədlər paketi tam deyil və mühüm hissələr buraxılıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, deputat vurğulayıb ki, məsələn, yenilənmiş “Madrid prinsipləri”, İranın təklifləri və ATƏT-in Minsk konfransının tövsiyələri sənədlərdə əks olunmayıb.
Xaçatryan əlavə edib ki, hökumət ya sənədləri əldə etməyib, ya da dərc etmir, çünki mövcud sənədlər illərdir səsləndirdikləri açıqlamalarla üst-üstə düşmür. Deputat bu vəziyyəti tənqid edərək, hökumətin açıqlamalarının tam və şəffaf olmasını tələb edib.
Nəzrin Abbas
12:16 04.12.2025
Oxunuş sayı: 1949