Rusiyada ictimai nəqliyyatda namaz müzakirə mövzusu oldu
Rusiyada metrodakı nümayişkaranə namazın təxribat hesab olunması müzakirələrə səbəb olub. Ekspertlər bildirir ki, belə hallar İslam normalarına uyğun deyil və cəmiyyətdə gərginlik yarada bilər. Maarifləndirmə və dini liderlərin rolu bu məsələlərin düzgün həllində vacibdir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidentinin müşaviri və İnsan Hüquqları Şurasının sədri Valeriy Fadeev Rusiyada RBK-ya verdiyi müsahibədə metroda və digər nəqliyyat vasitələrində nümayişkaranə namaz qılmağı — xalçaların yerə sərilməsi və s. — İslam normalarına zidd və insanların siyasi məqsədlərlə təxribat kimi qiymətləndirib.
Onun sözlərinə görə, belə hallarla mübarizə maarifləndirmə yolu ilə aparılmalı, o cümlədən İslam dini xadimlərinin də iştirakı vacibdir.
Fidan Bəhmənova
12:13 04.12.2025
Oxunuş sayı: 1785