İtaliya Xarici İşlər Nazirliyi açıqlayıb ki, ölkə Ukrayna üçün Amerika silahlarının alınması üzrə NATO proqramında iştirakını dayandırır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hökumət bildirir ki, əgər atəşkəs razılığı əldə olunarsa, əlavə silahlara ehtiyac qalmayacaq və təhlükəsizlik zəmanətləri kimi digər tədbirlər kifayət edəcək.
Eyni zamanda, İtaliya Kiyevi dəstəkləməyə davam edəcək, lakin atəşkəs danışıqları zamanı Ukraynaya yeni silahların verilməməsinin vacibliyini açıq şəkildə bəyan edib.
Nəzrin Abbas