Çin Qəzzaya 100 milyon dollar ayıracaq
Çin Qəzzaya humanitar yardım məqsədilə 100 milyon dollar vəsait ayıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Ruters məlumat yayıb.
Xəbərə əsasən, Çin Xalq Respublikasının sədri Si Cinpin Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib ki, bu vəsait Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması və yenidənqurma işlərinin maliyyələşdirilməsi məqsədilə ayrılacaq.
Nəzrin Abbas
10:25 04.12.2025
Oxunuş sayı: 2044