ABŞ Sülh İnstitutu Donald Trampın adını daşıyacaq
Vaşinqton, 4 dekabr – Ağ Ev təsdiqləyib ki, ABŞ Sülh İnstitutu rəsmi olaraq Donald J. Tramp Sülh İnstitutu adlandırılıb.
Crossmedia.az bu barədə CNN-ə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, sözçü Anna Kelli bildirib ki, bu addım prezidentin qlobal sabitliyə töhfəsini şərəfləndirir.
Tramp fevralda institutun bağlanmasını əmr etmişdi, lakin apelyasiya məhkəməsi may ayında administrasiyanın hərəkətini ləğv etdi. Hazırda institut zorakı münaqişələrin qarşısını almaq və xaricdə sülh sazişləri bağlamaq məqsədilə fəaliyyət göstərir.
Nəzrin Abbas
09:58 04.12.2025
Oxunuş sayı: 2112