Rusiyada süni intellekt saxta şəxsiyyət vəsiqələrini aşkar edəcək
Rusiyada alimlər saxta sənədlərlə edilən dələduzluq cəhdlərini müəyyənləşdirmək üçün yeni süni intellekt sistemi üzərində çalışırlar.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Smart Engines şirkətinin mütəxəssisləri bu məqsədlə MIDV-DM adlı geniş məlumat bazası hazırlayıblar. Bazada Rusiya, MDB ölkələri və digər dövlətlərə məxsus təxminən 8 min saxta şəxsiyyət vəsiqəsinin təsvirləri toplanıb.
Şirkətin məlumatına görə, MIDV-DM-də Rusiya daxili pasportları, müxtəlif ölkələrin milli pasportları, həmçinin Azərbaycan, Latviya, Estoniya, Finlandiya və digər ölkələrin şəxsiyyət vəsiqələrinin saxta nümunələri yer alır. Yeni süni intellekt sistemi bu məlumat bazası əsasında saxtakarlıq hallarının operativ aşkar edilməsini təmin edəcək.
Pərvin Hacıyeva
14:50 02.12.2025
Oxunuş sayı: 1028