Bloomberg: Vahid Ələkbərovun sərvəti 2,58 milyard dollar azalıb
Bloomberg Billionaires Index-in məlumatına görə, 2024-cü ilin əvvəlindən rusiyalı milyarderlərin ümumi sərvəti 18,1 milyard dollar artıb və dünya üzrə ilk 500 zəngin şəxs siyahısında bir neçə rus biznesmen yer alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, bir sıra milyarderlər ciddi maliyyə itkiləri ilə üzləşiblər. Məlumata görə, NLMK-nın Direktorlar Şurasının sədri Vladimir Lisin 3,07 milyard dollar itirib və hazırda onun sərvəti 22,8 milyard dollar təşkil edir.
“Lukoil”in əsas benefisiarlarından biri olan Vahid Ələkbərovun kapitalı isə 2,58 milyard dollar azalaraq 22,7 milyard dollara düşüb. Analitiklər bu geriləməni enerji bazarındakı qeyri-stabil dinamika və şirkət aktivlərinin dəyərindəki dəyişikliklərlə əlaqələndirirlər.
Ekspertlər bildirirlər ki, ümumi artıma baxmayaraq, Rusiya oliqarxları arasında sərvətlərin bölünməsi daha kəskin fərqlərlə müşahidə olunur. Bu isə ölkədə iqtisadi sabitlik və kapitalın davamlılığı ilə bağlı əlavə suallar yaradır.
14:16 02.12.2025
Oxunuş sayı: 1189