Paytaxt və bir sıra rayonlarda güclü külək gözlənilir — SARI XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda dekabrın 2-si axşamdan 3-ü gündüzədək güclü külək əsəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib.
Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
13:38 02.12.2025
Oxunuş sayı: 949