Türkiyənin ilk orbit gəmi missiyası uğurla başladı
Türkiyə ölkənin ilk orbit nəqliyyat gəmisinin FGN-TUG-S01 rəsmi olaraq orbit missiyasına başladığını açıqlayıb. Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 28 noyabr 2025-ci il tarixində Kaliforniyadakı Vandenberq Hərbi Kosmik Bazasından SpaceX şirkətinin Falcon 9 Transporter-15 raketi ilə kosmosa buraxılıb.
Təxminən 81 dəqiqə sonra aparat raketdən ayrılaraq ilk telemetriya məlumatlarını göndərib və bununla da buraxılışın uğurla həyata keçirildiyi təsdiqlənib. Türkiyə bu missiya ilə kosmik texnologiyalar sahəsində inkişafını davam etdirməyi və beynəlxalq səviyyədə iştirakını gücləndirməyi hədəfləyir.
Nigar Yahyazadə
13:24 02.12.2025
Oxunuş sayı: 1113