Ukrayna Zelenski ilə Tramp arasında şəxsi görüşün keçirilməsini tələb edir
Ukrayna nümayəndə heyəti Floridada ABŞ nümayəndələri ilə görüşdən sonra prezident Volodimir Zelenski və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında sülh razılaşması üzrə şəxsi görüşün vacibliyini vurğulayıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüşdən sonra açıqlama verən rəsmi nümayəndə bildirib ki, Cenevrədə və Floridada keçirilən görüşlər işgüzar əlaqələrin davam etmədiyi anlamına gəlmir və danışıqlar prosesi davam edir.
Ukrayna tərəfi qeyd edib ki, növbəti addımların müəyyənləşdirilməsi üçün iki ölkə prezidentləri arasında şəxsi əlaqə əsas şərtdir.
Nəzrin Abbas
12:51 02.12.2025
Oxunuş sayı: 1144