Səfir: Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edir
Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edir.
Crossmedia.az xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Diplomat Rumıniya-Azərbaycan əlaqələrindən söz açaraq rəsmi Buxarestin 2009-cu ildə Bakı ilə strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa İttifaqı ölkəsi olduğunu diqqətə çatıdırb.
"2024-cü ildə Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 700 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2025-ci ildə də demək olar eynidir", - V. Soare əlavə edib.
19:56 01.12.2025
Oxunuş sayı: 1121