İrana məxsus 60 döyüş təyyarəsi İraqın hava məkanını pozub
İran İslam Respublikasına məxsus 60 döyüş təyyarəsi radarlarda qeydə alınaraq İraqın hava məkanını pozub. Bildirilir ki, təyyarələr İraq üzərində uçuşlar həyata keçirib
Crossmedia.az bu barədə Al-Arabiya telekanalına istinadən xəbər verir. İran ordusunun döyüş təyyarələri şimaldan ölkənin hava məkanına daxil olub və bölgə üzərində aktivlik müşahidə edilib.
Eyni zamanda, İraqın Kürdüstan bölgəsində yerləşən ABŞ qüvvələrinin hərəkətliliyi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, bölgədəki Amerika hərbi kontingentinin yerləşmə və hərəkət marşrutları ilə bağlı müəyyən dəyişikliklər baş verib.
Bu gərginlik fonunda regionda təhlükəsizlik vəziyyətinin necə inkişaf edəcəyi diqqətlə izlənilir.
18:33 01.12.2025
Oxunuş sayı: 1090