Zelenski Makronla görüş üçün Parisə gedib
Ukrayna prezidenti Volodimir Zelenski Parisdə Fransa lideri Emmanuel Makronla danışıqlar aparmaq üçün Yelisey sarayına gedib.
Crossmedia.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, Makron Zelenskini sarayın girişində qarşılayıb, tərəflər əl sıxaraq görüşə keçiblər.
Zelenskinin Fransaya səfəri zamanı Ukrayna münaqişəsi ilə bağlı mövcud vəziyyət, sülh danışıqları, Cenevrə prosesinin detallarının və ABŞ-nin sülh planının müzakirə olunacağı gözlənilir. Həmçinin “istəklilər koalisiyası” çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanətləri də gündəmdə olacaq.
Paris səfəri çərçivəsində Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovdan ABŞ-la aparılan danışıqlara dair hesabat da alacaq.
Nəzrin Abbas
15:32 01.12.2025
Oxunuş sayı: 1059