Belarus beş il ərzində öz mülki təyyarəsini istehsal etməyi planlaşdırır
Belarus Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoy bildirib ki, ölkə 2029-2030-cu illərdə öz mülki təyyarə modelinə sahib olacaq.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, hazırda təyyarə istehsalı ölkədə demək olar sıfırdan aparılır, lakin sənayenin istehsal göstəriciləri ildə 30 faizdən üç dəfəyə qədər artır.
Layihə Rusiyanın təyyarə istehsalçıları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və sifarişlər Baranoviç, Minsk və Orşa aviasiya zavodlarında yerinə yetiriləcək. Belarus şirkətləri hazırda 19 yerlik “Osvey” təyyarəsinin hazırlanmasında Rusiya ilə birgə işləyirlər və istehsalın 2027-ci ildən başlaması planlaşdırılır.
Nəzrin Abbas
14:03 01.12.2025
Oxunuş sayı: 1380