Kiyev NATO-ya üzvlükdən imtina edir
Ukrayna Ali Radasının deputatı Maksim Buzanski bildirib ki, Kiyev ABŞ ilə danışıqlarda NATO-ya üzvlük mövzusunda güzəştə getməkdən imtina edir və bunun nəticəsində ukraynalıların gələcək üç nəsli NATO-ya üzvlük və bunun tələb etdiyi islahatlarla bağlı xəbərlərlə “sürüləcək”.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Buzanski əlavə edib ki, Kiyev heç vaxt hərbi-siyasi bloka üzv olmayacaq. Daha əvvəl ABŞ və Ukrayna danışıqlar zamanı münaqişəni bitirməyin mümkün ssenarisini müzakirə ediblər və bu ssenaridə Kiyev NATO-ya qoşulmaq imkanını faktiki olaraq itirə bilər.
Nəzrin Abbas
13:55 01.12.2025
Oxunuş sayı: 1268