Avropa ABŞ-ə Rusiyaya qarşı “tarixi səhv” etməmək barədə xəbərdarlıq edib
Avropa komissarı Maykl Makqrat bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı potensial razılaşmada “Rusiyanın keçmişini silmək” cəhdi ABŞ üçün “böyük ölçüdə tarixi səhv” olardı.
Crossmedia.az xəbər verir ki, bu barədə o, Politico-ya müsahibəsində danışıb.
Makqratın sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukraynada sülhə nail olmaq üçün atacağı hər hansı addım zamanı “törədilən cinayətlərə” görə Rusiyanın mümkün məsuliyyətindən yan keçməməlidir.
Beləliklə, avropalı rəsmi Ukraynadakı mümkün sülh sazişi üçün yeni qırmızı xətt müəyyən edib və bildirib ki, “onlar cavabdeh olmalıdırlar”.
Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd etmişdi ki, Avropa ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı əvvəlki razılaşmaların qarşısını alıb.
Nəzrin Abbas
13:30 01.12.2025
Oxunuş sayı: 1314