Ukrayna: Qazaxıstanın KTК infrastrukturu ilə bağlı narahatlığını nəzərə almışıq
Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Kiyev Qazaxıstanın Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu ilə bağlı narahatlığını diqqətə alır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir: “Bir daha vurğulayırıq ki, Ukraynanın heç bir addımı Qazaxıstan Respublikasına və ya digər üçüncü tərəflərə qarşı yönəldilməyib. Bütün səylər Ukraynanın üzərinə düşən genişmiqyaslı Rusiya təcavüzünün qarşısının alınmasına həsr olunub”, - açıqlamada qeyd olunub.
XİN əlavə edib ki, Qara dəniz regionunda və onun hüdudlarından kənarda təhlükəsizlik çağırışlarının yeganə mənbəyi Rusiya təcavüzüdür.
Sevinc Yarməmmədova
12:17 01.12.2025
Oxunuş sayı: 1687