Dağıstanda PUA hücumunun qarşısı alındı
Dağıstan Respublikasında düşmənə məxsus pilotsuz uçuş aparatlarının hücumu zərərsizləşdirilib. Bu barədə regionun rəhbəri Sergey Melikov məlumat verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, hava hədəfləri Kaspiyesk şəhərinin üzərində vurulub. Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir, dövlət qurumları isə vətəndaşların və strateji obyektlərin təhlükəsizliyini təmin etmək üçün operativ qərargah rejimində çalışır. Melikov sakinlərə ehtiyatlı olmağı və mümkün qədər açıq ərazilərdən uzaq durmağı tövsiyə edib.
Bundan əvvəl Kaspiyeskdə naməlum səbəbdən güclü partlayışın baş verdiyi bildirilmişdi. Hadisə nəticəsində yaxınlıqdakı dayanacaqda ən azı 15 avtomobilə ziyan dəyib, yaxınlıqdakı yaşayış binasının pəncərələri sınıb.
Nigar Yahyazadə
11:55 01.12.2025
Oxunuş sayı: 1585