Polşa Ukrayna üzərində obyektlərin vurulması üçün NATO -nun təsdiqindən imtina etməyə hazırlaşır

Polşa Ukrayna üzərində obyektlərin vurulması üçün NATO və Avropa İttifaqından (Aİ) təsdiqindən imtina etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, ölkə xaricdə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qanuna dəyişikliklər etməyə hazırlaşır və iyunda təqdim olunan layihənin sürətlə baxılacağı gözlənilir.
Qanuna dəyişiklik edilməmişdən əvvəl prezidentə silahlı münaqişə, sülhməramlı fəaliyyət, terrorizmə qarşı mübarizə və ya təxliyə halında hökumətin müraciəti əsasında qoşunların yerləşdirilməsini təsdiq etməyə icazə verirdi. Lakin 2022-ci ildə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan bir gün əvvəl, hökumət sənədə dəyişikliklər edərək Polşa Silahlı Qüvvələrinin fəaliyyət göstərəcəyi ərazinin xarici dövləti, eləcə də NATO və Aİ tərəfindən əvvəlcə təsdiqlənməsini tələb edən müddəalar əlavə etdi.
Bu hadisədən sonra Rusiyanın təsirinin araşdırılması üzrə yaradılan komissiya bu qərarı tənqid etdi buna səbəb Varşavanı Ukrayna və ya Belarusla sərhədi keçən dronlara qarşı müstəqil şəkildə hərəkət etmək hüququndan məhrum etdi.
Hazırkı hakim koalisiya isə bu məhdudiyyətləri ləğv etməyi və “əvvəl atəş aç, sonra soruş” prinsipi ilə hərəkət etməyi planlaşdırır. Bu, hərbçilərə təhdidlərə reaksiya verməkdə daha çox çeviklik verəcək.
Zahid Məmmədli
14:41 25.09.2025
Oxunuş sayı: 3347