Milli Məclisin deputatı “Hibrid təhdidlərin cavablandırılması” mövzusunda təlimdə iştirak edəcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov sentyabrın 22-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.
Bu barədə Crossmedia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfərdə deputat “Hibrid təhdidlərin cavablandırılması” mövzusunda keçiriləcək növbəti Azərbaycan-Türkiyə birgə təliminə (HTM-2025) hazırlıq iclasında iştirak edəcək.
Qeyd edilib ki, səfər sentyabrın 25-də başa çatacaq.
14:36 19.09.2025
Oxunuş sayı: 713