CROSSMEDIA - Monqolustan lideri COP29-a görə Prezident İlham Əliyevi təbrik edib
Gündəm

Monqolustan lideri COP29-a görə Prezident İlham Əliyevi təbrik edib

COP29 iqlim konfransı iqlim dəyişikliyi sahəsində hədəflərə çatmaq və istixana qazı emissiyalarını azaltmaq üçün açardır. Bunu “AnewZ” telekanalına açıqlamasında Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux deyib. O bildirib ki, ən başlıca məqam ümumi gündəliyin olmasıdır.

“İkincisi, bütün ölkələr eyni istiqamətə baxmalıdır. Biz həmçinin iqlimin maliyyələşdirilməsi mexanizmlərini təkmilləşdirməliyik. Bunu indi etməsək, dünya öz axarı ilə gedəcək və bizsiz də mövcud olmağa davam edəcək”, - Monqolustan lideri söyləyib.

O, həmçinin COP konfransının Bakıda keçirilməsi təşəbbüsünə görə Azərbaycanı və ölkə Prezidenti İlham Əliyevi təbrik edib.

17:50 11.11.2024

Oxunuş sayı: 5119

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR