“Ermənistanlılar Şuşaya turist kimi gedə bilərlər” – Paşinyan

“Ermənistan vətəndaşlarının harasa gedə bilməsi məsələsinə gəldikdə, mən qarşılıqlılıq prinsipini xatırlatmaq istəyirəm. Bəli, sülh şəraitində hamı hər yerə turist kimi gedə bilər”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan erməni jurnalistin “Sülh sazişi imzalandıqdan sonra ermənistanlılar Şuşaya gedə bilərlərmi?” sualına cavab verərkən deyib.
Ermənistan-Türkiyə sərhədinin açılmasına gəldikdə isə Paşinyan deyib ki, bu məsələ ilə bağlı Türkiyə ilə danışıqlar aparılır.
O ümidini ifadə edib ki, hansısa bir vaxtda həmin sərhəd açılacaq.
16:38 21.08.2025
Oxunuş sayı: 1208