Aİ-dən ABŞ-yə ticarət zərbəsi

Avropa İttifaqı ABŞ mallarına qarşı 72 milyard avro dəyərində ikinci rüsum siyahısını təsdiqlədi.
Crossmedia.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Avropa İttifaqı 72 milyard avro (84 milyard dollar) dəyərində ABŞ məhsullarına qarşı nəzərdə tutulan ikinci cavab tədbirləri siyahısını yekunlaşdırıb. Bu tədbirlər Boeing Co. təyyarələri, avtomobillər və burbon viskisini əhatə edir.
Əlavə gömrük rüsumları həmçinin maşınqayırma məhsulları, kimyəvi maddələr və plastiklər, tibbi cihazlar, elektrik avadanlıqları, şərablar və kənd təsərrüfatı malları üçün də tətbiq olunacaq.
İlkin mərhələdə bu siyahı ümumilikdə 95 milyard avro dəyərində ABŞ mallarını əhatə edirdi, lakin Aİ-yə üzv dövlətlər və şirkətlərlə keçirilən məsləhətləşmələrdən sonra siyahı daraldılıb.
Pərvin Hacıyeva
12:38 15.07.2025
Oxunuş sayı: 952