Bakının bu rayonunda su problemi aradan qaldırıldı
Bakının Səbail rayonunda su təminatı bir gün ərzində bərpa edilib.
Crossmedia.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində oktyabrın 12-də gecə saatlarında Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından aradan qaldırılıb.
Qeyd edilib ki, hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.
13:37 13.10.2026
Oxunuş sayı: 50