İslam İnkişaf Bankı Qazaxıstana infrastruktur üçün 1,1 milyard dollar ayıracaq

İslam İnkişaf Bankı Qazaxıstana iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün 1,1 milyard dollar maliyyə vəsaiti ayıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Maliyyə vəsaiti xüsusi iqtisadi və sənaye zonaları çərçivəsində mühəndislik və nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək. Layihənin əsas məqsədi investisiyalar üçün əlverişli şəraitin yaradılması, istehsal potensialının artırılması və ölkənin əsas regionlarının rəqabət qabiliyyətinin gücləndirilməsidir.
12:00 13.07.2025
Oxunuş sayı: 919