Netanyahu: İran nüvə bombası əldə etsə, İsraili məhv etməyə çalışacaq

İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə silahı əldə etməyə çalışdığını və bu silahı birbaşa İsrailə qarşı istifadə etməyi planlaşdırdığını bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Tehran bir il ərzində nüvə bombası əldə edə bilər və bu silahı İsraili yer üzündən silmək üçün istifadə edəcək", – deyə Netanyahu xəbərdarlıq edib.
O əlavə edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Hizbullahın bölgədəki gücünün zəifləməsi fonunda, Tehran zənginləşdirilmiş uranı silaha çevirmək istiqamətində təcili addımlar atır.
Netanyahuya görə, İran digər nüvə güclərindən fərqli olaraq, bu silahı yalnız qorxu yaratmaq üçün deyil, faktiki istifadə üçün əldə etməyə çalışır. Bu açıqlama İsrailin İrana qarşı ehtimal edilən preventiv addımlarının gündəmə gəlməsi ilə nəticələnə bilər.
11:33 13.07.2025
Oxunuş sayı: 979