Şotlandiyada İran qalmaqalı: İslam Mərkəzi hökumətdən 540 min dollar maliyyə alıb

Şotlandiyanın Qlazqo şəhərində yerləşən Əhli Beyt Cəmiyyəti – Şotlandiya İslam Mərkəzi İranla əlaqələrdə ittiham olunur. Təşkilat 2014–2022-ci illər ərzində iqlim dəyişikliyi proqramları çərçivəsində Şotlandiya hökumətindən 400 min funt-sterlinq (təxminən 540 min dollar) dəyərində maliyyə yardımı alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qalmaqal, İranın keçmiş prezidenti İbrahim Rəisinin ölümündən sonra onun anım mərasiminin təşkil edilməsi ilə başlayıb. Bildirilir ki, bu mərasimi Şotlandiya Müsəlmanları Şurasının vitse-koordinatoru Əzzam Məhəmmədin rəhbərliyi ilə mərkəz təşkil edib.
Əzzam Məhəmmədin adı bundan əvvəl də İranla əlaqəli tədbirlərdə hallanıb. O, 2013-cü ildə Qlazqoda keçirilən və İranın dövlət televiziyasında yayımlanan “Sülh və Birlik Konfransı”nın təşkilatçısı olub. Həmin konfransda Ayətullah Şeyx Möhsün Əraki və Şotlandiyalı bəzi siyasətçilər iştirak ediblər.
Hadisə ictimaiyyət və siyasi dairələrdə narahatlıq yaradıb və Şotlandiya hökumətindən məsələ ilə bağlı izahat tələb olunmağa başlanıb.
11:12 13.07.2025
Oxunuş sayı: 891