Zelenski: “Mesaj yox, əməl gözləyirik”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı son hücumları ilə bağlı açıqlama verib. Dövlət başçısı bildirib ki, Rusiya qüvvələri Ukraynaya 26 qanadlı raket və 597 pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.
Crossmedia.az xəbər verir ki, Zelenskinin Telegram hesabında verdiyi məlumata görə, Çernivtsi şəhərinə endirilən zərbələr nəticəsində 2 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Prezident beynəlxalq ictimaiyyətə müraciət edərək Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini tələb edib: “Bu müharibəni yalnız güclə dayandırmaq olar. Müttəfiqlərimizdən sadəcə mesajlar yox, həyatları xilas edəcək əməli addımlar gözləyirik”, – deyə Zelenski vurğulayıb.
Mədinə Cəlilova
21:15 12.07.2025
Oxunuş sayı: 830